Fevralın 15-də Amur pələngi Primorye vilayətinin Çuquyevsk dairəsində yem aparan ovçuya hücum edib. Bu barədə RIA Novosti regional Təbiət Sərvətləri və Ətraf Mühitin Mühafizəsi Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumata görə, yırtıcı heyvan yaşayış məntəqəsindən təxminən 20 kilometr aralıda kişiyə hücum edib. Hazırda pələngin tutulması istiqamətində mütəxəssislər tərəfindən əməliyyat tədbirləri həyata keçirilir.
VL.ru portalının məlumatına əsasən, həlak olan ovçunun 23–24 yaşı olub. O, həmkarı ilə birlikdə duzluq sahəsinə gəlib, daha sonra ayrılıblar. Bir müddət sonra yoldaşı onu ölü vəziyyətdə tapıb.
Meyitin yaxınlığında pələng izləri aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

