Hindistanın Arunaçal-Pradeş ştatında motosikletlə hərəkət edən polis əməkdaşı pələngin hücumu nəticəsində həyatını itirib.
Bu barədə The Hindu qəzeti məlumat yayıb.
Məlumata görə, yırtıcı xidmətini başa vuraraq evinə qayıdan polis əməkdaşı Çiksenq Manpanga hücum edib. Pələng onu motosikletdən itələyib və şahidlərin sözlərinə görə, meşəyə tərəf aparıb.
Daha sonra hadisə yerinə gələn səlahiyyətli qurumlar Manpangın cəsədini meşəlik ərazidə aşkarlayıblar. Onun həyatını xilas etmək mümkün olmayıb.
Meşə departamenti bildirib ki, hadisənin baş verdiyi ərazidə artıq bir müddətdir iki pələng müşahidə olunur. Qurumun əməkdaşlarına təhlükəli yırtıcıların tapılaraq zərərsizləşdirilməsi tapşırılıb.

