11 
avq
2023
10:45
243

Azərbaycanda tibb bacısı xəstəyə iynə vuraraq öldürdü - MƏHKƏMƏ

11 avq, 2023
10:45
243

Azərbaycanda tibb bacısı xəstəyə iynə vuraraq öldürdü - MƏHKƏMƏ

Astara Rayon Məhkəməsində ehtiyatsızlıqdan adam öldürmədə təqsirləndirilən Nailə Əsədovanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Den.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

İttihama görə, Nailə Əsədova Astara Rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsində növbəli sistem əsasında tibb bacısı vəzifəsində çalışır. O, işdə olmadığı gün yəni, 10 mart 2023-cü il tarixdə, səhər saat 10 radələrində yaşadığı Astara rayonunun Suparibağ kəndindəki evində olarkən iynə vurdurmaq məqsədi ilə müraciət edən həmkəndlisi zərərçəkmiş Mədinə Quliyevanın (şərti) evinə gedib. Nailə Əsədova qadına “Seftriakson” dərman məhlulunu iynə vasitəsilə, yəni inyeksion formasında bud nahiyəsinə vurub. Bu zaman Mədinə Quliyeva anafılaktik şok yaranma səbəbindən ölüb. Nailə Əsədovanın barəsində Cinayət Məcəlləsinin 124.1-ci (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar