ABŞ-ın Texas ştatında, Hyuston yaxınlığında meteorit parçası yaşayış evinin damını deşərək içəri düşüb.
Bu barədə The New York Times yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Bildirilir ki, zərərin ölçüsü yumruq böyüklüyündə olub.
Məlumata görə, meteorit iki mərtəbəli evin damını deşərək yataq otağına düşüb, daha sonra isə sıçrayaraq tavanın digər hissəsinə çırpılıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.

