Zərdabda dəhşətli yol qəzası baş verib,ölən və yaralilar var.
Denmedia.az-ın yerli bürosu xəbər verir ki, hadisə Zərdab-Kürdəmir yolunun rayonun Əlvənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Hyundai Santa Fe” markalı avtomobilin sürücüsü həmin ərazidə hərəkətdə olarkən idarəetməni itirib.Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı su kanalına düşüb.Nəticədə avtomobildə olan iki nəfər Laçın rayon sakinləri Nəsibov Rasim Yaqub oğlu və Nəsibova Paket Kamran qızı elə hadisə yerində ölüblər.Digər 4 nəfər Vidadi Nəsibov,Vəkil Abışov,Ramilə Nəsibova və Mütəllim Mütəllimov isə ağır bədən xəsarətləri alaraq Zərdab rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Məsələ ilə bağlı TƏBİB-dən DENAZTV-nin sorğusuna cavab olaraq bildirilib ki,25.03.2026-cı il saat 11:10 radələrində Zərdab rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (1 qadın, 3 kişi) Zərdab Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.Yaralılara bədənin müxtəlif nahiyələrinin sınığı diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.Vəziyyətləri orta ağır qiymətləndirilən 3 nəfərin (2 kişi, 1 qadın) müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.1951-ci il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.Qeyd edək ki, hadisə zamanı 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
AQİL ƏSƏDOV
Denmedia.az

