Neftçalada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DenMedia.az apa-ya istinadən xəbər verir ki, hadisə Neftçala rayonun Kürqarabucaq kəndində baş verib.
Belə ki, avtomobil yolu keçmək istəyən kənd sakini, 1941-ci il təvəllüdlü Həsənov Vahid Nüsrət oğlunu vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.

