Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Mahir Həsənov və Rəsul Məmmədovun (hər iki şəxsin ad, soyadı şərti) barəsindəki bəraət hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
Den.az bildirir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya protesti təmin edilməyib.
İttihama görə, Mahir Həsənovla Rəsul Məmmədov "Ressan" MMC-nin rəhbəri İsmayılov Rauf Ağamusa oğlu tərəfindən Xətai rayonu ərazisində yerləşən yaşadıqları mənzilə aid çıxarışın verilməməsi və həmin mənzilə aid kommunal ödənişin 30 qəpik artırılmasına görə onların arasında mübahisə yaranıb. Təqsirləndirilən şəxslər 19 aprel 2022-ci il tarixdə, saat 16:50 radələrində həmin binanın qaraj hissəsində MTK rəhbərinin ünvanına nalayiq ifadələr işlədiblər, onun yaxasından tutaraq, yumruq və təpik zərbələri endiriblər. Daha sonra Rauf İsmayılov polisə müraciət edib və Mahir Həsənovla Rəsul Məmmədov saxlanılıb. Onların barəsində xuliqanlıq maddəsi ilə ittiham irəli sürülüb. Xətai Rayon Məhkəməsinin hökmü ilə hər iki şəxsə bəraət verilib.
Qeyd edək ki, Mahir Həsənov “Kristal Dent” klinikasında həkim-stomatoloq işləyir.
Xatırladaq ki, bir müddət əvvəl mətbuatda bina sakinləri "Ressan" MMC-nin rəhbəri Rauf İsmayılovdan şikayətçi olduqları barədə xəbərlər yayılmışdı
Bakıda həkim MTK rəhbərini binanın qarajında döyüb?

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.