Liviyanın paytaxtı Tripolidə futbol matçından sonra kütləvi iğtişaşlar başlayıb. Buna hakimin penalti təyin etməkdən imtina etməsi səbəb olub.
Bu barədə Sinxua məlumat yayıb.
Agentliyin məlumatına görə, hakimin mübahisəli qərarından sonra qəzəblənən azarkeşlər meydana daxil olublar. Bundan sonra vəziyyət qısa müddətdə polis və hərbçilərlə toqquşmaya çevrilib.
İğtişaşlar zamanı stadionun yaxınlığında bir neçə avtomobil yandırılıb. Etirazçılar həmçinin Liviya Baş nazirinin ofisini də yandırıblar.
Qeyd olunur ki, kütləni dağıtmaq üçün Liviya hərbçiləri döyüş patronlarından istifadə ediblər. Toqquşmalar nəticəsində bir hərbçi həlak olub, daha yeddi nəfər xəsarət alıb.

