ABŞ Silahlı Qüvvələrinə məxsus Apache döyüş helikopteri Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb.
Bu barədə The New York Times mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, ekipajın hər iki üzvünü xilas etmək mümkün olub. Helikopterin qəzaya uğrama səbəbi hələlik məlum deyil, hadisə ilə bağlı araşdırma aparılır.
Nəşr bildirir ki, qəzadan əvvəl Yaxın Şərqdə gərginliyin bir neçə gün ərzində gah artdığı, gah da azaldığı müşahidə olunub.

