ABŞ-da qeyri-adi oğurluq hadisəsi baş verib. Oğru oyuncaq zürafəyə minərək xeyriyyə mağazasının qarşısında qoyulan əşyaları aparıb.
Bu barədə KMPH FOX26 məlumat yayıb.
Mağaza sahibinin sözlərinə görə, hadisə iyulun 2-də baş verib. Şübhəli şəxs oyuncaq zürafənin üzərində mağazanın vitrininə yaxınlaşıb və axşam saatlarında qapının qarşısına ianə kimi qoyulan əşyaları götürməyə başlayıb.
Mağaza sahibi onu saxlamağa çalışdıqda tərəflər arasında mübahisə yaranıb.

“Əgər əşyaları gecə buraya qoyublarsa, deməli, onlara ehtiyac yoxdur və mən onları götürə bilərəm”, — deyə oğru bildirib.
Bundan sonra kişi əşyaları toplamağa davam edib və hadisə yerindən yenə də oyuncaq zürafənin üzərində uzaqlaşıb.
Bir neçə saat sonra mağazanın qarşısına pikap gəlib və naməlum şəxslər qalan əşyaların bir hissəsini də aparıblar.
Mağaza sahibi oğrunun həyasız davranışından və istifadə etdiyi qeyri-adi “nəqliyyat vasitəsindən” şoka düşdüyünü bildirib.

