Çində mağaza satıcısı təsadüfən 140 min dollarlıq nefrit bilərzikləri sındırıb.
Denmedia.az xəbər verir ki, bu barədə South China Morning Post xəbər yayıb.
Hadisə müştərinin xahişi ilə masa yerini dəyişərkən baş verib — satıcı qiymətli zinət əşyaları olan qutunu ehtiyatsızlıqla vurub və nəticədə 30 bilərzik qırılıb.
Mağaza sahibi bildirib ki, bilərziklər Rusiyadan gətirilmiş yüksək keyfiyyətli nefritdən hazırlanıb və sığortalanmayıb.
Lakin o, satıcıdan zərəri ödəməyi tələb etməyib, əksinə, onu sakitləşdirib.
“Gənclər daha çox fürsətə layiqdirlər. Ümid edirəm, bu hadisə hər kəs üçün dəyərli dərs olacaq,” – deyə sahibkar qeyd edib.
Qırılmış bilərziklər mağazada diqqət və məsuliyyətin simvolu kimi sərgilənəcək.
Hadisə zamanı mağazada tanınmış çinli aktyor Tan Kay da olub. Onun sözlərinə görə, masa yerini dəyişməyi xahiş edən elə özü olduğuna görə müəyyən dərəcədə günahkar hiss edib.
“İndi düşünürəm ki, qırılmış nefriti necə bərpa edib sahibkara bir qədər kömək edə bilərəm,” – deyə aktyor bildirib.