Paytaxtın mərkəzi küçələrindən birində faəliyyət göstərən telefon mağazasının sahibi 1 ilə yaxındır sosial şəbəkələrdə dələduzluq edən şəxsin oyununa tuş gəlib.
Den.az Xəzər TV-yə istinadən xəbər verirk i, həmin şəxs bahalı nömrələri internet üzərindən satdığını bildirirək vətəndaşdan beh alır. Sonra isə yaxınlaşıb mağazadan götürməsini bildirir.
“Müştəri mağazaya gəldikdə isə aldadıldığını öyrənir.”
Mağaza sahibi Səttar Məmmədov deyir ki, gün ərzində 10-15 nəfər mağazaya yaxınlaşaraq beh verdiklərini deyirlər.
Səttar Məmmədov deyir ki, üzləşdiyi problemlə bağlı 11 aydır ki, aidiyəti qurumlara müraciət edir, lakin, nəticəsi yoxdur.
Mağaza sahibi özü həmin şəxslə əlaqə saxlamağa cəhd edib. Söhbət əsnasında aldığı cavab isə onun üçün gözlənilməz olub.
Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyindən bildirildi ki, bu ilk belə hal deyil və araşdırılır.
Qeyd edək ki, dələduzluq edən şəxs mağaza sahibindən bunu etməməsi müqabilində aylıq 300 manat da tələb edib.
Bakının bu ünvanında insanları kütləvi aldadaraq pullarını mənimsəyirlər - Diqqətli olun! - VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.