İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
DenMedia.az apa-ya istinadən xəbər verir ki, avtomobil idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.
Qəza nəticəsində Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü İlham Rəsul oğlu Məmmədov ağır bədən xəsarətləri alıb.
Yaralı İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

