Suriyanın paytaxtı Şamın ətrafında yerləşən Ceramana məhəlləsində sərnişin mikroavtobusunda partlayış baş verib.
Suriya Səhiyyə Nazirliyinin ilkin məlumatına görə, hadisə nəticəsində ölənlər var, 7 nəfər isə yaralanıb.
Məhkəmə-tibbi ekspertiza qruplarının hadisə yerində aşkar olunan qalıqlar üzərində prosedurlara uyğun araşdırma apardığı bildirilib.
Təhlükəsizlik mənbələri partlayışın mikroavtobusa yerləşdirilən əl işi partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verdiyini açıqlayıblar.
Hadisə yerində araşdırmalar davam edir. Partlayışla bağlı istintaq başlanıb.

