Kiyevin Obolon rayonunda poçt terminalının ərazisində partlayış baş verib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə bağlamalardan birinin yoxlanılması zamanı qeydə alınıb.
Partlayış nəticəsində 1 nəfər həlak olub, daha 2 nəfər yaralanıb.
Hadisə yerində polis əməkdaşları, partlayıcı maddələr üzrə mütəxəssislər, xilasedicilər və təcili tibbi yardım briqadaları işləyirlər.
Ərazi mühasirəyə alınıb, faktla bağlı kompleks istintaq tədbirləri aparılır.

