Moskvanın mərkəzində yerləşən restoranda əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində üç nəfər ölüb, 21 nəfər yaralanıb.
Rusiya Milli Antiterror Komitəsinin məlumatına görə, hadisə Kudrinskaya meydanındakı restoranda saat 19:55-də baş verib.
İlkin məlumata əsasən, naməlum qadın partlayıcı qurğunu restorana keçirməyə çalışıb, lakin mühafizə əməkdaşları onu içəri buraxmayıblar. Bundan sonra giriş hissəsində partlayış baş verib.
Hadisə nəticəsində partlayıcını daşıdığı iddia edilən qadın, mühafizəçi və daha bir ziyarətçi həyatını itirib. Son məlumatlara görə, yaralıların sayı 21-ə çatıb.
Restoranın rəsmi saytında hadisə günü məkanın banket üçün bağlandığı qeyd olunub.
Faktla bağlı araşdırma aparılır.

