İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az APA-ya istinadən xəbər verir ki, qəza “Talıstan altı” kimi tanınan ərazidə qeydə alınıb.
Məlumata əsasən, VAZ-2106 və KIA markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində Bakı sakinləri Lətifət Məmmədova və İbrahim Məmməli, həmçinin İsmayıllı rayon sakinləri Cavid Süleymanov, Fatimə Zəhra Vahabzadə və Sahil Məmmədov ağır xəsarətlərlə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Yaralananlar arasında 2011-ci il təvəllüdlü azyaşlı da var.
Faktla bağlı araşdırma aparılır.

