Gənc miqrant Mərakeşdən İspaniyanın Seuta şəhərinə paraplanla keçməyə cəhd edərkən həyatını itirib.
The Olive Press-in məlumatına görə, hadisə İspaniya Mülki Qvardiyasının müşahidə kameralarına düşüb. Kadrlarda parlaq rəngli paraplanın Cəbəl Musa dağının zirvəsindən Seuta istiqamətində endiyi görünür.
Patrul əməkdaşları əvvəlcə yalnız sahil kollarına ilişib qalmış paraplanı aşkar ediblər. Sonradan məlum olub ki, uçuş zamanı idarəetmə itirilib və şəxs dənizə düşüb.
Axtarışlardan sonra kişinin meyiti Seuta sahillərinə yaxın akvatoriyada tapılıb.
Hazırda hüquq-mühafizə orqanları ölən şəxsin kimliyini və hadisənin bütün təfərrüatlarını müəyyənləşdirir.

