ABŞ-ın Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının (NORAD) F-16 qırıcıları Ohayo ştatının Cenevrə şəhəri üzərində uçuş məhdudiyyətini pozan mülki təyyarənin qarşısını kəsib.
Məlumata görə, ümumi aviasiyaya aid təyyarə şəhər üzərində tətbiq edilən müvəqqəti uçuş qadağası zonasına daxil olub. F-16-ların müdaxiləsindən sonra təyyarə təhlükəsiz şəkildə məhdudlaşdırılmış ərazidən çıxarılıb.
Hadisə zamanı ABŞ Prezidenti Donald Tramp Ohayoda olub. O, ABŞ-ın 250 illiyi münasibətilə təşkil edilən gənclər arasında idman yarışlarına qatılmaq üçün ştata səfər edib.

