Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində bir nəfər dənizdə boğularaq həyatını itirib.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə nəzarətsiz dəniz ərazisində, ən yaxın xilasetmə məntəqəsindən 2 kilometr aralıda baş verib.
Boğulan şəxsin meyiti aşkar edilərək sudan çıxarılıb.
Məlumata görə, həyatını itirən şəxs Azərbaycan Dövlət Televiziyasının (AzTV) 35 yaşlı əməkdaşı Məqsəd Əlisahib oğlu Məmmədlidir.
O, telekanalın informasiya proqramları şöbəsində prodüser vəzifəsində çalışıb.
Faktla bağlı araşdırma aparılır.


