ABŞ-ın Texas ştatında “Apache” hərbi helikopterinin qəzaya uğraması nəticəsində iki pilot həlak olub.
CNN-in məlumatına görə, helikopterin qəzaya uğraması ərazidə meşə yanğınının baş verməsinə səbəb olub.
Bildirilir ki, helikopter yerə düşərkən ərazidəki insanlara və tikililərə ziyan dəyməyib.
Hadisənin hansı səbəbdən baş verdiyi barədə hələlik məlumat verilməyib.

