28 
avq
2023
19:27
214

"Metropark"da həyəcanlı anlar

28 avq, 2023
19:27
214

"Metropark"da həyəcanlı anlar

“Metropark” ticarət mərkəzinə partlayıcı qoyulması ilə bağlı həyəcan siqnalı verilib.
 
Den.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, daxil olmuş məlumatla bağlı polis dərhal işə keçib.
 
Təhlükəsizlik məqsədilə vətəndaşlar binadan təxliyə edilib.

Araşdırma zamanı ticarət mərkəzində partlayıcı olması təsdiqini tapmayıb.
 
Yalan məlumat verərək vətəndaşlara həyəcan yaşadan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
 
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumatı təsdiq ediblər.
 
Araşdırma davam edir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar