Bakının “Ağ Şəhər” ərazisində Porsche, Range Rover, Mercedes, BYD, Audi, Hyundai və BMW markalı 7 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.
DenMedia.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə kompleksin 3-cü Şərq küçəsində saat 23:30 radələrində qeydə alınıb.
İlkin məlumata əsasən, qəzanın səbəbi avtomobillərdən birinin idarəetməni itirməsi olub.
Toqquşma nəticəsində yeddi avtomobilə ziyan dəyib. Onların arasında Porsche, Range Rover və BMW kimi premium markalı avtomobillər də var.
Mənbənin məlumatına görə, qəza nəticəsində xəsarət alan olmayıb.
Dəymiş ziyanın dəqiq məbləği hələ açıqlanmayıb. Lakin qəzada iştirak edən avtomobillərin dəyəri nəzərə alınarsa, hadisə son dövrlərdə Bakıda baş vermiş ən bahalı zəncirvari qəzalardan biri hesab oluna bilər.

