Bakının Xətai rayonunda yük maşını ilə minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
DenMedia.az BAKU.WS-ə istinadən xəbər verir ki, qəza Nəsrəddin Tusi küçəsində qeydə alınıb.
İlkin məlumata əsasən, yük avtomobili ilə “Hyundai Accent” markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində “Hyundai Accent”ə ciddi ziyan dəyib.
Hadisə zamanı xəsarət alanların olub-olmaması və qəzanın digər təfərrüatları barədə məlumat dəqiqləşdirilir.

