Pakistanın paytaxtı İslamabadda yerləşən Pakistan Tibb Elmləri İnstitutunun (PIMS) ana və uşaq bölməsində baş verən yanğın nəticəsində azı 14 yeni doğulmuş körpə həyatını itirib. Hadisə avqustun 26-da səhər saatlarında baş verib.
İlkin məlumata görə, yanğın kondisioner sistemində nasazlıq və ya kompressorun partlaması nəticəsində başlayıb. Alov üçüncü mərtəbədə yerləşən körpələr bölməsini bürüyüb. Hadisə zamanı şöbədə ən azı 15 körpənin olduğu, onlardan yalnız birinin xilas edildiyi bildirilir.
Hadisə yerinə 6 yanğınsöndürən maşın və 4 təcili yardım avtomobili cəlb olunub. Yanğın nəzarətə alınıb, araşdırma üçün xüsusi komissiya yaradılıb.
Pakistanın Baş naziri Şahbaz Şərif hadisəni “bərpaolunmaz itki” adlandıraraq dərhal araşdırma aparılması və məsul şəxslərin müəyyənləşdirilməsi barədə göstəriş verib.

