Səudiyyə Ərəbistanının Məkkə şəhərində güclü yağış və fırtına gündəlik həyata ciddi təsir göstərib.
İhlas Haber Ajansının məlumatına görə, qəfil başlayan leysan nəticəsində küçə və prospektlərdə su yığılıb, şəhərin müxtəlif hissələrində nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
Fırtına zamanı səmanı ard-arda çaxan ildırımlar işıqlandırıb. Hadisənin ən diqqətçəkən anı isə Məscidül-Həramın yaxınlığında yerləşən 601 metr hündürlüyündəki Məkkə Kral Saat Qülləsinə ildırım düşməsi olub. Həmin an kameralar tərəfindən qeydə alınıb.
Məlumata görə, güclü hava şəraitinə baxmayaraq, Kəbədə olan zəvvarlar ibadətlərini davam etdiriblər.

