Türkiyədə güclü fırtına bir nəfərin ölümünə, daha 40-a yaxın insanın yaralanmasına səbəb olub. Bu barədə SHOT Telegram kanalı məlumat yayıb.
Bir sıra bölgələrdə sarı təhlükə səviyyəsi elan edilib.
Təbii fəlakət genişmiqyaslı dağıntılar, subasmalar və infrastrukturda fasilələrə gətirib çıxarıb. Viranşehir, Birecik və Qaziantep daxil olmaqla bir sıra şəhərlərdə leysan yağışlar və güclü külək nəticəsində küçələr su altında qalıb, ağaclar aşaraq binalara ziyan vurub.
Məlumata görə, avtomobillərin su altında qalması və yaşayış sektorunda dağıntılar qeydə alınıb, kənd ərazilərində isə burulğanların yaranması halları müşahidə olunub.
Qar yağışı Denizli, Burdur, Kütahya və Afyon bölgələrini də əhatə edib. Bu ərazilərdə nəqliyyatın hərəkətində problemlər yaranıb. Hakimiyyət məktəblərin müvəqqəti bağlanması və dərslərin dayandırılması barədə qərar qəbul edib.
İstanbulda isə vəziyyət sabit olaraq qalır, ciddi fəsadlar qeydə alınmayıb.

