Şəkidə ölümlə nəticələnən faciəli hadisə baş verib.
Hadisə bu gün səhər saatlarında Qoxmuq körpüsündə qeydə alınıb.
Şəki şəhər sakini, 46 yaşlı Məmməd Qurban oğlu İslamov körpüdən yıxılaraq həyatını itirib.
Məlumata görə, M.İslamov coğrafiya müəllimi işləyib.
Faktla bağlı araşdırma aparılır.

