Xırdalanda Mədəniyyət Evinin yaxınlığında yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 2 paqonmetr elektrik kabeli yanaraq yararsız vəziyyətə düşüb.
Elektrik naqilində baş verən yanğın FHN əməkdaşları tərəfindən qısa müddətdə söndürülüb. Hadisə zamanı alovun ətraf əraziyə yayılmasının qarşısı alınıb.

