İndoneziyada beş jurnalist və üç ekipaj üzvünün olduğu sürətli kater itkin düşüb. Jurnalistlər Anak-Krakatau vulkanının püskürməsini işıqlandırırdılar.
“Reuters”in yerli xilasetmə xidmətinə istinadən yaydığı məlumata görə, kater Banten əyaləti yaxınlığındakı Zond boğazında bazar ertəsindən etibarən əlaqəyə çıxmır.
Axtarışlara 40 metrlik xilasetmə gəmisi və altı xilasedici cəlb olunub. Jurnalistlər vulkanın son püskürmələri ilə bağlı reportaj hazırlayırdılar.
Anak-Krakatau vulkanı sentyabrın 4-də yenidən püskürməyə başlayıb. Vulkanın kül sütunu bəzi vaxtlarda 15 min metrədək yüksəlib, nəticədə regionda aviareyslərə ciddi təsir göstərilib.

