Sumqayıtda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az xəbər veir ki, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb.
İlkin məlumata əsasən, hərəkətdə olan “Mercedes” və “Kia Sorento” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində “Mercedes”in sürücüsü, 1959-cu il təvəllüdlü Elbrus Xəlil oğlu Əliyev hadisə yerində həyatını itirib. “Kia Sorento”nun sərnişini, 2004-cü il təvəllüdlü Aysel Vüqar qızı Həsənli isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

