Bakıda kişi binadan yıxılıb.
Denmedia.az lent.az-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində qeydə alınıb.
82 yaşlı Məmmədov Balağa Hacıağa oğlu ailə üzvləri ilə birlikdə yaşadığı 9 mərtəbəli binanın eyvanından yıxılaraq, ölüb.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda araşdırma aparılır.

