Bakının Nərimanov rayonunda kuryerə məxsus mopeddən 490 manat dəyərində çanta və əşyalar oğurlanıb.
Daxili İşlər Nazirliyindən Denmedia.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 50 yaşlı İ. Seyidov müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, şübhəli şəxs kuryerin sifarişi təhvil vermək üçün mopeddən uzaqlaşdığını görüb və bu fürsətdən istifadə edərək çanta və əşyaları oğurlayıb.
Faktla bağlı araşdırma aparılır.

