Abşeron rayonunun Məmmədli kəndində minik avtomobili su kanalına aşıb.
Hadisə saat 05:30 radələrində kəndin Sabunçu rayonuna aid hissəsində, Məmmədli dairəsi istiqamətində qeydə alınıb.
Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Sədulla Nəsirov idarə etdiyi 77-UF-895 dövlət qeydiyyat nişanlı “Toyota Corolla” markalı avtomobilin idarəetməsini itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq su kanalına düşüb.
Hadisə zamanı sürücü yüngül xəsarət alıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən verilən məlumata görə, su kanalına düşən avtomobil sudan çıxarılıb.
Bildirilib ki, hadisə barədə məlumat daxil olduqdan dərhal sonra FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri əraziyə cəlb olunub.
“Su kanalında olan avtomobilə baxış keçirilərkən içərisində insanların olmadığı müəyyən edilib. Nəqliyyat vasitəsi sudan çıxarılıb”, – deyə nazirliyin məlumatında qeyd olunub.

