Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 51 yaşlı Şahməddin Əliyev saxlanılıb.
Onun üzərindən 8 kiloqramdan artıq narkotik vasitə, həmçinin psixotrop tərkibli 180 həb aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Şahməddin Əliyev barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.

