Polşada Minsk-Mazovetski şəhəri yaxınlığında naməlum uçan obyektin (NUO) düşdüyü bildirilir. Bu barədə RIA Novosti yerli KİV-lərə istinadən məlumat yayıb.
Məlumata görə, uçan aparat ölkənin şərqində, Rudnik qəsəbəsi yaxınlığında meşəlik əraziyə düşüb.
İddialara əsasən, obyektin müəyyən bir yük daşıdığı ehtimal olunur.
Hadisə yerinə polis və istehkamçı (sapper) qrupları göndərilib, ərazi nəzarətə götürülüb və araşdırma aparılır.

