Bakının Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən Denmedia.az-a bildirilib ki, hadisə barədə “112” qaynar telefon xəttinə məlumat daxil olduqdan sonra əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində 10 mərtəbəli yaşayış binasında baş verən yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində binanın 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 143 kvadratmetr olan 3 otaqlı mənzilin mətbəxində 20 kvadratmetr sahə, həmçinin şaxtada 15 paqonmetr elektrik kabeli yanıb.
Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Təhlükəsizlik məqsədilə bina sakinləri yanğınsöndürənlər tərəfindən təxliyə edilib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.

