Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində “Lada Granta” markalı avtomobillə “Daewoo” markalı avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Azərbaycan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qəza və avtomobildə bir nəfərin sıxılı vəziyyətdə qalması barədə məlumat FHN-in “112” qaynar xəttinə daxil olub. Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib.
Müəyyən edilib ki, qəzadan sonra “Lada Granta”nın sürücüsü idarəetməni itirib və avtomobil ağaca çırpılaraq deformasiyaya uğrayıb. Nəticədə sürücü avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi avadanlığın köməyi ilə 1985-ci il təvəllüdlü Elçin Qədim oğlu Qədimovu avtomobildən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.

