Sumqayıtda ötən ay dənizdə batan şəxsin meyiti tapılıb.
Denmedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, sentyabrın 24-də Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində dənizdə batan 82 yaşlı Fərhad Məsim oğlu İsgəndərovun meyiti tapılıb.
Meyit FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

