Sumqayıtda avtomobildən 4000 manat oğurlanıb
Den.az xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib.
Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbirlərlə 13-cü mikrorayon ərazisində “Ford” markalı avtomobildən 4000 manat pul oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş 1968-ci il təvəllüdlü Ə.Nəcəfov saxlanılıb.
Araşdırma aparılır.