Türkiyədə prokuror polis rəisini döyüb.
"Den.az" yerli mediaya istinadla bildirir ki, Nevşehir şəhər prokuroru vəzifəsində çalışan Məhəmməd Fatih V. bir müddət əvvəl Kahramanmaraşın Elbistan qəsəbəsinə yaxın qohumunun toyuna gedib.
Gecənin sonunda toyda silahlardan atəş açılıb. Bu barədə polisə məlumat daxil olub. Polis əməkdaşları ilə birgə Elbistan qəsəbə Polis İdarəsinin rəisi Arif G. özü də toy yerinə gəlib.
Prokurorla polis rəisi arasında davam edən mübahisə zamanı tərəflər arasında döyülmə hadisəsi baş verib. İddialara görə, prokuror rəisi yumruq vurub. Hər iki tərəf bir-birindən şikayətlənib.
Hazırda araşdırma aparılır. Lent.az
Prokuror polis rəisini döydü - Araşdırma BAŞLADI

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.