Saxla əmrinə tabe olmayan sürücü məsuliyyətə cəlb edilib.
Bu barədə Den.az-ın qaynar xəttə göndərilən məlumatda bildirilir.
Belə ki, Binəqədi rayonu Biləcəri qəsəbəsi 4-cü döngə adlanan ərazidə xidmət aparan (99 YP 248) YPX-nin əməkdaşları qaydaları pozan sürücülərdən birinə saxla əmrini verib. Avtomobilini saxlayan sürücü dərhal yol polisinin üzərinə gələrək ona kəllə atıb. Bu zaman YPX əməkdaşı ilə sürücü arasında dava düşüb. Onları yaxınlıqda olan ayıra biliblər.
Sürücü ilə fərdi söhbət aparıldıqdan sonra hərəkətinə hüquqi qiymət verildiyi bildirilir.