Bakıda külli miqdarda mənimsəmədə ittiham olunan bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxsinə hökm oxunub.
Den.az xəbər verir ki, Nərimanov rayon Məhkəməsində keçirilən proses zamanı təqsirləndirilən şəxs K.Ə. barəsində 5 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Məhkəmənin qərarı hələlik qüvvəyə minməyib.
İttihama görə, K.Ə. BOKT-lardan birində audit vəzifəsində çalışıb. O, saxta sənəd hazırlamaqda, müqavilələrin sayını saxta yollarla artırmaqda təqsirli bilinir. Bu yollarla o, ümumilikdə 2 milyon manata yaxın məbləği mənimsəyib.
Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq təkrar törədildikdə), 178.2.4-cü (dələduzluq xeyli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
Qeyd edək ki, K.Ə.-nin əldə etdiyi pulları öz ehtiyacları üçün xərclədiyi bildirilir.
Bakıda 2 milyonluq MƏNİMSƏMƏ: vəzifəli şəxsin CİNAYƏTİ

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.