İsrail İranın qərbində yerləşən Merivan şəhərindəki həbsxanaya zərbə endirib.
Bu barədə Minval Politika Telegram kanalı kürd hüquq-müdafiə təşkilatı Hengawa istinadən məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində həbsxanadakı bütün siyasi məhbuslar azad olunub. Rəsmi mənbələr tərəfindən bu iddia hələ təsdiqlənməyib.

