Azərbaycan müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanı general-polkovnik Hikmət Mirzəyev ölkəmizə səfər edən Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, onun əziz xatirəsi yad edilib. Daha sonra Ümummilli Liderin və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Təntənəli qarşılanma mərasimində komandirlər fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Görüş zamanı ikitərəfli hərbi əməkdaşlığın mövcud vəziyyəti və genişləndirilməsi perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tərəflər xüsusilə birgə və beynəlxalq təlimlərin hərbi qulluqçuların peşəkarlığının, bilik və bacarıqlarının artırılması baxımından əhəmiyyətini vurğulayıb, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

