Reuters-un məlumatına görə, ABŞ və İran arasında keçiriləcək danışıqlarda əsas mövzular uranın zənginləşdirilməsi və Hörmüz boğazı olacaq. Görüşün İslamabadda baş tutacağı bildirilir.
Məlumata görə, İranın raket proqramı danışıqlarda ikinci dərəcəli məsələ kimi qiymətləndiriləcək. Eyni zamanda, danışıqlarda “qırmızı xətt” kimi məhz Hörmüz boğazı göstərilir.
Bəzi ekspertlər hesab edirlər ki, İran bu strateji boğaz üzərində nəzarəti gücləndirməklə Yaxın Şərqin enerji təchizatı üzərində təsir imkanlarını artıra bilər.

