İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazı ərazisində ABŞ ordusuna məxsus müasir pilotsuz sualtı aparatlardan birini ələ keçirdiyini bildirib. Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
SEPAH-ın məlumatına görə, ələ keçirilən aparat “Dive-LD” modelinə aid ekipajsız sualtı drondur.
Bildirilir ki, bu tip aparatlar 2025-ci ildən etibarən ABŞ Hərbi Dəniz Qüvvələrinin arsenalına daxil edilməyə başlanıb.
SEPAH iddiasını təsdiqləmək məqsədilə ələ keçirildiyi bildirilən sualtı aparatın fotolarını da yayımlayıb.

