Ukrayna Donetsk vilayətinin şimalında hücuma başlayıb.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandanı Andrey Biletski bildirib, Reuters xəbər verir.
Onun sözlərinə görə, korpus 75 kvadratkilometr ərazini Rusiya diversiya qruplarından təmizləyib və daha 10 kvadratkilometr ərazini geri alıb.
“Üçüncü Ordu Korpusu bu istiqamətdə hücum əməliyyatına başlayıb. Əməliyyat ‘Vivaldi’ adlanır”, – Biletski bildirib.
O iddia edir ki, Ukrayna hərbçiləri Rusiyanın təchizat xətlərini pozub, üç kəndi və dördüncü kəndin ətrafındakı ərazini azad ediblər. Onun sözlərinə görə, Sredneye kəndi tamamilə Ukraynanın nəzarətinə keçib.
Söhbət Slavyansk və Kramatorsk şəhərlərinin şimalındakı ərazidən gedir.

