İranın Hörmüz boğazı yaxınlığında ABŞ ilə müqavilə əsasında fəaliyyət göstərən və göyərtəsində amerikalı personalın olduğu gəmiyə hücum etdiyi bildirilir.
“Fox News” iki mənbəyə istinadən xəbər verir ki, hücumda İranın dörd pilotsuz uçuş aparatı və azı bir raketindən istifadə olunub. Onlardan biri gəmiyə dəyib.
Məlumata görə, hücum nəticəsində göyərtədə olan bəzi şəxslər yüngül xəsarətlər alıb, o cümlədən tüstüdən zəhərlənmə halları qeydə alınıb. Yaralananların adı açıqlanmayan Körfəz ölkələrindən birində tibbi yardım aldığı bildirilir.
Gəminin adı, hansı bayraq altında üzdüyü və ABŞ ilə müqaviləsinin xarakteri açıqlanmayıb. Hadisə ilə bağlı nə Vaşinqton, nə də Tehran tərəfindən hələlik rəsmi təsdiq verilib.

