Fransa Səudiyyə Ərəbistanının Yanbu liman şəhərində yerləşən enerji infrastrukturu obyektlərinin mühafizəsi üçün hərbçilər və hərbi texnika göndərəcək.
Bu barədə Fransa Prezidenti Emmanuel Makron France 2 telekanalının efirində bildirib.
Makron vurğulayıb ki, bu addım Fransanın hər hansı münaqişəyə qoşulması demək deyil.
“Biz bu gün səudiyyəlilərlə məhz bu məsələni yekun olaraq razılaşdırdıq. Həmin obyektin mühafizəsi üçün hərbi qüvvələr, yəni hərbçilər, radiolokasiya stansiyaları və hava hücumundan müdafiə sistemləri göndərəcəyik”, – deyə Fransa lideri bildirib.

